Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq

Azərbaycanın Qarabağ atları Moskvada keçiriləcək XXI Beynəlxalq At Sərgisində nümayiş olunacaq.

Aktual TV APA-ya istinadən xəbər verir ki, sərgi noyabrın 28-dən dekabrın 1-dək “Sokolniki” Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sərgidə ilk dəfə olaraq Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunacaq.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alacaqlar, habelə onlarla xatirə şəkli çəkdirə biləcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]