“Palmali” bəyan etdi: “Mübariz Mənsimovu separatçılarla əlaqələndirmək cinayətdir”

Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü bir cinayət əməlidir.

“Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun Azərbaycanın milli maraqları, millətin rifahının daha da yüksəldilməsi istiqamətində gördüyü işlər bəzi xəstə təfəkkürlü, Azərbaycanın əleyhinə olan qüvvələr tərəfindən həmişə narahatlıqla qarşılanıb”.

AKTUAL TV xəbər verir ki, bu barədə “Palmali Şirkətlər Qrupu”nun yaydığı bəyanatda deyilir. Bəyanatda vurğulanır ki, Mübariz Mənsimov heç vaxt Azərbaycana qarşı olanlara dəstək verməyib və verməyəcək. “Palmali Şirkətlər Qrupu”nun prezidenti adına sosial səbəkələrdə saysız-hesabsız hesablar açılıb və bunun qarşısını da almaq qeyri-mümkündür. “Palmali” şirkəti olaraq qəti şəkildə bəyan edirik ki, bunların heç birinin Mübariz Mənsimovla əlaqəsi yoxdur. Ötən gün axşam saatlarında isə, belə “yalançı” səhifələrdən birində guya Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında yazı paylaşılıb. separatçıya dəstəklə bağlı status paylaşılıb. Bunun bizimlə heç bir əlaqəmiz yoxdur. Fəxrəddin Abbasov separatçı, vahid vətənimiz olan Azərbaycanın parçalanması üçün hətta erməni murdarları ilə sıx əməkdaşlıq etməkdən belə çəkinməyən əqidəsiz, satqın, mənliyi olmayan bir məxluqdur. Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü bir cinayət əməlidir. Bildiririk ki, bu statusu paylaşan səhifə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Mübariz Mənsimov hər zaman bəyan edib: “Azərbaycanı parçalamaq istəyən və bu fikrə düşən qarşısında, ilk növbədə, məni görəcək. Mənim vətənim vahid, bütöv Azərbaycandır. Həmişə bu müqəddəs amalla yaşamışam və heç nə, heç kim məni bu yoldan döndərə bilməz”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]