Atletika üzrə Avropa çempionatı ləğv olundu

Atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

Aktual TV Avropa Atletikasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Təşkilat Komitəsi və Fransa Atletika Federasiyası birgə qərar qəbul edib. Bu addım səhiyyə sahəsindəki böhran və pandemiya ilə bağlı risklərin hələ də nəzarət altında olmaması səbəbindən atılıb.

Qeyd edək ki, Avropa çempionatı 25 – 30 avqustda Parisdəki “Şarleti” stadionunda keçirilməli idi. Avropa Atletikası təqvimdə bu və digər dəyişiklikləri 7-8 may video-konfransında müzakirəyə çıxaracaq. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]