Azərbaycanda koronavirusun pik həddi başa çatıb?

“Azərbaycanda koronavirusa yoluxma sayının artıb sonradan azalması göstəricilərinə baxdıqda artan vaxt pik həddin olduğunu deməyə əsas verir. Bu, aprel ayının göstəricilərinə uyğun səsləndirilə bilər. Amma yenə də dəqiq nəsə demək doğru olmaz”.

AKTUAL TV bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

O qeyd edib ki, ölkədə hələ də koronavirusa yoluxma halları bitməyib: “Əgər karantin rejimi yumşalsa yenidən virusa yoluxmanın artması riski ola bilər. Ona görə də əhali qaydalara ciddi əməl etməlidir. Hələ ki, vəziyyəti nəzarət altına ala bilmişik”.

Onun sözlərinə görə, virus çox güclü ultrabənövşəyi şüalar altında deaktiv olur:

“Amma yay aylarının gəlişi ilə virusun olmayacağı barədə məlumat yoxdur, çünki bu virusa yoluxma isti ölkələrdə də müşahidə edilir. Amma yayda yoluxma sayında azalma ola bilər. Sentyabr, oktyabr ayları gəldikdə isə virusa yoluxma hallarının yenidən artacağı ilə bağlı fikirlər var. Bu hal bu il bitməyəcək. Bu, bizim real vəziyyətdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]