AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadılıb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

AKTUAL TV -yə AMEA-dan verilən məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır. 

Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]