Məktəblər nə vaxt açılacaq? – Nazir AÇIQLADI

Karantin rejimindən çıxış barədə qərarlar qəbul edilərkən təhsil sektoru ilklərdən biri olmayacaq.

AKTUAL TV xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

C.Bayramov əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu tədbirlərin tətbiq olunduğu ilk sahələrdən idi: “Karantin rejimində yumşaldıcı tədbirlər həyata keçirilən zaman monitorinqlər həyata keçiriləcək. Monitorinqlər əsasında təhsil prosesinin davam etməsi ilə bağlı qərar qəbul olunacaq. Konkret tarixlərin elan edilməsi hazırda mümkün deyil”.

C.Bayramov deyib ki, ehtiyac olarsa, yay aylarında dəstəkləyici addımlardan istifadə edilə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]