Nazirlikdən birdəfəlik ödəmələrlə bağlı daha bir AÇIQLAMA

Birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına müraciətlərin qəbulu dayandırılsa da, edilmiş müraciətlərə baxılması və cavablandırılması prosesi hazırda davam edir.

AKTUAL TV -yə əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, kimsə müraciətinə hələ cavab verilməməsinə görə narahat olmasın.

“Müraciətlər nə qədər çox olsa belə, ən sonuncusuna qədər SMS cavab göndəriləcək. Bu günədək artıq 400 min nəfər üçün birdəfəlik vəsait köçürülüb. Hazırda baxılan müraciətlər əsasında da daha 200 min nəfər üçün bu ödənişlər təmin olunacaq”.

O qeyd edib ki, üvanlılıq prinsipi üstün tutulmaqla, işsiz kmi qeydiyyata alınmış şəxslər arasından həqiqətən heç bir yerdən qazancı olmayan, imkansız şəxslərə bu vəsaitlər ödəniləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]