ƏƏSMN birdəfəlik ödəmədən imtina qeydi ilə bağlı deyilənlərə aydınlıq gətirib

"Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər".

AKTUAL TV -nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb: “Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]