Bu il Azərbaycan qızıl ixracını 12%-dək artırıb

Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

AKTUAL TV -nin məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda deyilir.

Bu, 2019-cu ilin mart ayının göstəricisi ilə müqayisədə 3,3 mln. ABŞ dolları və ya 26,8% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 36,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 mln. ABŞ dolları və ya 11,7% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan 12,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Ötən ilin yanvar-mart aylarında Azərbaycanın qızıl ixracının dəyəri 32,5 mln. ABŞ dolları təşkil edib. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]