Karantinlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ: Mayın 4-dən sonra…

Karantin rejimi bitdikdən sonra da insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar.

AKTUAL TV xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, hazırda Azərbaycanda xəstəxanalarda 500-dək insan koronavirusa görə müalicə edilir:

“Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılır. Amma hələ də ölkədə hər gün yoluxma halı qeydə alınır. Biz yalnız yeni yoluxma qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışa bilərik. Amma ölkədə hətta 1-2 nəfərdə belə, koronavirusa yoluxma halı varsa, sadaladığım şəxslər risk qrupuna daxil olan insanlar sayılacaqlar”.

C.İsayev bunu nəzərə alaraq, insanlara xəbərdarlıq da edib. O qeyd edib ki, mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar:

“Bu tövsiyələrin bir qismi, məsələn, əllərin yuyulması, şəxsi gigiyena qaydalarına əməl edilmə, kütləvi yerlərdən uzaq olmaq bizim gündəlik həyatımızla bağlıdır. İnsanların çox olduğu yerlərdə yalnız koronavirusa deyil, hər cür infeksiyaya yoluxmanın olması mümkündür. Ona görə də həmişə qaydalara riayət etməliyik ki, təkcə koronavirusa deyil, digər infeksiyalara da yoluxmayaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]