Azərbaycanda nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub.

AKTUAL TV xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.

Xatırladaq ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev də işdən çıxarılıb. Onun yerinə isə  Daşqın Hidayət oğlu Rəhimov təyinat alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]