Apreldə 2,3 milyon şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə ümumilikdə 2,3 milyon nəfərə sosial təminat növləri üzrə ödənişlər edib.

Nazirlikdən AKTUAL TV verilən məlumata görə, onlardan 1 milyon 270 min nəfərinə pensiya, 418 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd ödənilib. 

Həmçinin 82 min 300 ailə üzrə 342 min ailə üzvünə aprel ayı üzrə ünvanlı sosial yardım ödənişi həyata keçirilib.

Qeyd edilən istiqamətlər üzrə aprel ayında sosial ödəniş alanların sayı ötən ilin aprel ayı ilə müqayisədə 7 faiz və ya 154 min nəfər çox olub.

Həmçinin aprel ayında həmin sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manatdan artıq vəsait xərclənib ki, bu da ötən ilin müvafiq göstəricinə nisbətən 27faiz və ya 103 milyon manat çoxdur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]