Azərbaycanda sağalmış xəstələrin plazması ilə müalicəyə başlanılır – TƏBİB

2020-ci ilin mart ayından bəri pandemiya elan edilən koronavirusla mübarizə tədbirləri davam edir. 3 milyon 321 min 70 nəfər koronavirusa yoluxub və 300 min nəfər bu virusdan dünyasını dəyişib.

AKTUAL TV xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

“Biz dünyada baş verən prosesləri yaxından təqib edirik və rahatlaşmağa əsas yoxdur. Bütün müayinələr laboratoriyalarda davam edir. Bu həftə Sumqayıt şəhərində laboratoriya istifadəyə verildi və beləliklə bütün böyük şəhərlərdə laboratoriyalar istifadəyə verilib. Artıq 150 minə yaxın test edilib. Pozitiv test nəticəsi çıxanların təmasda olduqları şəxslər müəyyən edilərək, nəzarət altına alınıblar. E-TƏBİB məlumat bazası yoluxanların və onlarla təmasda olanların məlumatlarını toplayır”.

O qeyd edib ki, xəstəxanalarda uğurlu müalicə taktikaları, ən əsası erkən müalicə tətbiq edilir: “Aşkar olunan xəstələrin müalicəsi vaxtında başlanılır və süni tənəffüs aparatına erkən qoşulmanın qarşısı alınıb. Artıq ölkəmizdə sağalanların plazmasının əldə olunması və ağır xəstələrə tətbiq edilməsinə başlanılıb. Xüsusi proqramla donorların müayinəsi aparılır və ilkin donorlardan sabahdan etibarən plazmalar alınacaq”.

R.Bayramlı vurğulayıb ki, sağalanların sayı 1326 nəfərdir: “Ən yaşlı sağalan xəstəmizin 92 yaşı var”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]