Deputat: Nöqsanlarla bağlı prokurorluq orqanlarına müraciət edilməlidir

Ölkə prezidentinin apardığı islahatlara bəlkə də ən çox dəstək verən Hesablama Palatasıdır.

AKTUAL TV xəbər verir ki, bu sözləri Milli Məclisdə Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsi zamanı Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, hesabatda dövlət satınalmaları haqqında məsələlərə diqqət edilib və bu, nöqsan formasında hesabata salınıb: “Əslində bunlar cinayət halları kimi verilməlidir. Çünki bu sahədə ciddi problemlər var. Həmçinin tender komissiyalarının bu işi apararkən lisenziyası olan, süni subyektlərin iştirakını araşdırmaması məsələləri var. Qanun var, onu pozmaq olmaz. Bunlar ciddi məsələlərdir”.

Deputat qeyd edib ki, Hesablama Palatası əsasən tövsiyələr verir: “Ancaq bunun nəticəsi olmur. Hesab edirəm ki, nöqsanlarla bağlı daha çox prokurorluq orqanlarına müraciət edilməlidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]