Mənə bəzən “cənab sədr” də deyirlər – Sahibə Qafarova gileyləndi

"Çıxış etmək istəmirəm. Sadəcə bir məsələni aydınlaşdırmaq istəyirəm. Burada sədrə müraciət zamanı "xanım sədr" ifadəsi işlədilir. Fikrimcə, bu daha çox ingilis və rus dilinə uyğundur. Burada ədəbiyyatçılar, dilçilər əyləşib. Hesab edirəm ki, "hörmətli sədr" ifadəsi olmaldır.

AKTUAL TV xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Milli Məclisin spikerinə müraciət zamanı hörmətli sədr ifadəsi işlədilməlidir.

Milli Məclis sədri Sahibə Qafarovanın bu təklifə reaksiyası çox maraqlı olub: “Çox sağ olun, Siyavuş müəllim. Mənə bəzən cənab sədr də deyirlər…”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]