Nazir qalıb kənarda, mətbuat xidməti xalqa “əlləzinə” oxuyur – Deputatdan SƏRT REAKSİYA

Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir.

AKTUAL TV  xəbər verir ki, S.Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır və Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir.

S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub: “Hamı aparat rəhbəri təyin edir. Mənzil İstismar Sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.

Komitə sədri nazirliklərdə mətbuat xidmətlərinin təyin olunmasından da danışaraq qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır:

“Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]