1200-dən çox vətəndaşa onlayn formada pulsuz hüquqi yardım göstərilib

Pulsuz hüquqi yardım xidməti dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını rəhbər tutaraq vətəndaşların qəbulunu və telefon zənglərinin cavablandırılmasını müəyyən müddətə qədər dayandırıb.

Layihənin koordinatoru Samir Osmanov AKTUAL TV – ya bildirib ki, pulsuz hüquqi yardım xidmətindən “facebook” səhifəsinə və [email protected]  elektron ünvanına yazmaqla onlayn yararlanmaq olar. O məlumat verib ki, aprel ayında 1205 nəfərə onlayn formada pulsuz hüquqi yardım göstərilib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətləri göstərilməsi layihəsinə 2018-ci ilin mart ayından başlanılıb. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]