Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaqdadır.

Nazirlikdən AKTUAL TV -ya verilən məlumata görə, müəssisənin bu ay istifadəyə verilməsi planlaşdırılır. 

Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər müasir standartlara cavab verən tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. Burada il ərzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 350 nəfər əlilliyi olan şəxsə stasionar, 250 nəfərə ambulator qaydada fizioterapevtik bərpa xidmətləri göstəriləcək. 

Hazırda Nazirliyin Bakıdakı Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında,  Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Cari il ərzində həmin reabilitasiya müsəssisələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]