Mövsümi allergiya ilə koronavirusun əlamətlərinin fərqi açıqlandı

Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin mütəxəssisləri mövsümi allergiya və koronavirus infeksiyası əlamətləri arasındakı fərqləri açıqlayıblar.

AKTUAL TV xəbər verir ki, müvafiq izahat şöbənin saytında yerləşdirilib.

Qeyd edilir ki, mövsümi allergiya zamanı COVID-19-dan fərqli olaraq, temperatur normal qalır, artıb-azalmır, açıq-aşkar zəiflik və yorğunluq olmur, habelə öskürək və nəfəsalma çətinliyi müşahidə edilmir. Bu arada bronxial astma xəstələri istisnalıq təşkil edir. Allergiyanın əsas əlamətləri burun axması, boğaz ağrısı, gözlərin qızartısı, göz yaşlarının axması və dəridə müşahidə edilən qaşınmalardır.

Mütəxəssislər bundan fərqli olaraq koronavirus infeksiyası zamanı qızdırmanın şiddətləndiyini bildiriblər. Ağır bronxial astma və xroniki ağciyər xəstəliyi olan xəstələr istisnadır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]