“Qarabağ” klubu 1 500 ailəyə ərzaq payladı

Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin, sahibkarların koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir.

AKTUAL TV Qarabağ mərkəzinin verdiyi məlumata görə, respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.

Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Bu tədbirlərdən biri də Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Qarabağ” futbol klubu tərəfindən həyata keçirilib. 

“Qarabağ” futbol klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, rayonda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb.

Klubun rəhbərliyi, məşqçi heyəti və futbolçular rayon ərazisində 1 500 aztəminatlı ailəyə ərzaq bağlaması təqdim ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]