AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

AKTUAL TV xəbər verir ki, sərəncamda karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verildiyi qeyd olunub.

Sərəncamla AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərinin rəhbərlərinə işə cəlb edilən və edilməyən işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilər xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilməli, xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi üçün tapşırıq verilib.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi Əminağa Sadıqova həvalə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]