Brifinqdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli jurnalistlərin suallarını cavablandırır.
Publika.az xəbrir ki, BNA-nın sədri Vüsal Kərimli bildirib ki, bütün dünyada Pandemiya qarşı aparılan qabaqlayıcı tədbirlər sərnişindaşıma sahəsində də apılıb. Ümumilikdə bu sahədə 24 martdan bəri 21 milyon 652 min sərnişin səyahət edib.
“7 Ekspress marşurut xətti üzrə avtobus təşkil olunub və 1 milyona yaxın 942 min sərnişin danışıb. Gün ərzində 1700-1750 avtobus xidmət göstərir. 105 ədəd yeni avtobus ekspress xətlər üzrə buraxılıb. Bu sıxlığın yaranmaması üçün 18 metrlik avtobuslar ayrılıb”.
O qeyd edib ki, işə yeni qəbul olunan sürücüdən 103-ü ekspress xətlərdə fəaliyyət göstərir: “Avtobuslarda, dayanacaqlarda, qarajlarda gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər əlcək və maska ilə təmin olunub. TƏBİB-in metodikası ilə təlimatlar sürücülərə paylanılıb. Eyni zamanda, taksilərdəki şəffaf sədlər “BakuBus”larda da qurulacaq”.
O bildirib ki, maarifləndirmə işləri üzrə sərnişinlərin sosial məsafəsini qorumaq üçün səsli təlimatlar, posterlər mövcuddur: “Təəssüf ki, son günlərdə sərnişinlərin bəziləri çox məsuliyyətsiz yanaşır. Biz bu virusla yaşayırıq və bu hərəkətlər ikinci dalğa ehtimalını yüksəldir”.
O, vətəndaşlardan evlərini zərurət olmadan tərk etməmələri barədə xahiş edib.