Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyəti AÇIQLANDI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyətini açıqlayıb.

AKTUAL TV -nin məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən agentlik sədri qeyd edib ki, bu günə qədər ölkədə koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb:

“Onlar müəyyən müddətdən sonra test nəticələri 2 dəfə neqativ olduğu halda həkim nəzarəti altında evə buraxılırlar”.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş arası olan şəxslərdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]