AKTUAL TV -nin xəbərinə görə, indiyədək İntizam komissiyasının fəaliyyətini tənzimləyən konkret hüquqi baza olmayıb.
Əsasnamənin hazırlanması zamanı mövcud qanunvericilik aktlarından və eyni zamanda beynəlxalq təcrübədən istifadə edilir.
Əsasnamədə İntizam komissiyasının təşkili, səlahiyyətləri, iclasların keçirilmə qaydası, komissiya tərəfindən müraciətlərə baxılması qaydası və müddətləri, İntizam komissiyasının üzvlərinin hüquqları və vəzifələri, həmçinin barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri yer alacaq.