Bu ölkənin çempionatı bərpa olunmayacaq

Futbol üzrə Belçika çempionatının qalan oyunları keçirilməyəcək.

AKTUAL TV-nin məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan yarış vaxtından əvvəl yekunlaşdırılacaq.

Belçika Milli Təhlükəsizlik Şurası ölkədə peşəkar futbol yarışlarının iyulun 31-dək keçirilməsini qadağan edib. Bu isə yüksək liqa və ölkə kubokunun dayandırılması deməkdir. Son qərar mayın 15-də veriləcək. Həmin gün “Brügge”nin çempionluğunun rəsmiləşəcəyi, həmçinin növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarının açıqlanacağı gözlənilir.

Belçikada növbəti mövsümün avqustun 8-də başlaması planlaşdırılır.

Qeyd edək ki, daha öncə Avropanın aparıcı ölkələrindən Fransa və Niderland da eyni addımı atıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]