Marşrut avtobuslarına arakəsmələr vurulmasına başlanılıb

"COVİD-19"la mübarizə çərçivəsində Bakının ictimai nəqliyyatında tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA )AKTUAL TV -yə verilən məlumata görə, bu çərçivədə avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdıdılmasına başlanılıb:

“Artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib. Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.

Avtobuslarla yanaşı taksi minik avtomobillərində də şəffaf arakəsmələrin quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdırma işləri yekunlaşıb”.

M.Ağayevin sözlərinə görə, koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işləri icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasını və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]