Rusiyalı milyarder, “Востокуголь” и “Сибантрацит” kömür istehsalı şirkətlərinin şəriki Dmitri Bosov özünü öldürüb. AKTUAL TV “RBK” agentliyinə istinadən xəbər verir ki, milyarderin 52 yaşı var idi. Bosovun rəhbərlik etdiyi “Alltek” şirkətinin nümayəndələri sahibkarın ölümü barədə sorğunu nə təsdiq, nə də təkzib ediblər.
