Bakı metrosunun fəaliyyətinin bərpa olunma vaxtı məlum oldu

“Bakı Metropoliteni” QSC mayın 9-dan fəaliyyətinin bərpa edilməsi ilə bağlı hazırlıqlara başlayıb.

AKTUAL TV  “Report”a istinadən xəbər verir ki, qurumun işçilərinə tam heyətdə işə çıxmaları ilə bağlı tapşırıq verilib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə açıqlamasında bildirib ki, rəsmi qərar olmadan metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı nəsə demək olmaz:

“Bakı metrosunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı olmadan biz hər-hansı açıqlamanı verə bilmərik. Hazırda metro fəaliyyət göstərməsə də infrastrukturun saxlanması və ən qısa zamanda fəaliyyətin bərpa edilməsi üçün iş başındayıq. Əgər rəsmi qərar olarsa, “Bakı Metropoliteni”nin ən qısa müddətdə fəaliyyətini tam bərpa etməyə hazırıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]