Bu tədris ili şagirdlərin qiymətləndirilməsi aparılmayacaq – Nazir

2019-2020 tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi nəzərdə tutulmur.

AKTUAL TV xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

Nazirin sözlərinə görə, şagirdlər və müəllimlər arasında KSQ və BSQ kimi tanınan qiymətləndirmələrin aparılması nəzərdə tutulmur: “Şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması üçün 1-ci yarımil üzrə qiymətlər əsas götürüləcək və onun əsasında illik qiymətlər çıxarılacaq, bununla şagird növbəti sinifə keçiriləcək. Qiymətlərdən narazı qalan şagirdlər dərs ili öncəsi məktəblərə müraciət edərək nəticələrini düzəldə bilərlər..

Nazir qeyd edib ki, artıq virtual tədrisə qoşulan şagird və müəllimlərin sayı 900 minə çatıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]