DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi: ” Onu tanıyırsınızsa…

Tovuzda dələduzluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AKTUAL TV -yə verilən məlumata görə, rayonda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini Zaur Sadıqov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Z.Sadıqov bir neçə ay əvvəl Tovuz ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun 1 000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” Zəng Mərkəzinə, Tovuz RPŞ-nə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]