Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə bu sözləri dedi

Mayın 6-da Səbail rayon Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı qapalı iclasda çıxarıldı.

AKTUAL TV bizimyol.info–ya istinadən xəbər verir ki, V.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısının ailə üzvləri gözləyirdi.

İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları V.Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq…”

V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]