Azərbaycanda koronavirusdan vəfat edənlərin 43 faizi 60-69 yaşdadır

“Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69, 14 faizi 70-79 yaş arasındadır”.

AKTUAL TV   xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 40-49 arasında bir vətəndaşımız vəfat edib: “Bildiyimiz kimi, həmin vətəndaşımız uzun sürən xəstəlikdən əziyyət çəkirdi”.

R.Bayramlı vətəndaşları məsuliyyətli olmağa dəvət edib.

“Bizim “Evdə qal!” şüarımız qüvvədədir. Hər kəs qapalı məkanlarda maskalardan istifadə etməlidir. Faktlar göstərir ki, vəfat edənlərin çoxu yaşlı nəslin nümayəndələridir. Mən gənclərə səslənirəm ki, gəlin böyüklərimizi qoruyaq”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]