Çəyirtkə “işğalı” başladı: Azərbaycan hərəkətə keçdi – FOTOLAR

Dünya koronavirusla mübarizə apardığı vaxtda çəyirtkə “işğalı” başlayıb.

AKTUAL TV xəbər verir ki, Pakistan son 3 ayda ikinci dəfə çəyirtkə “fırtınası” ilə qarşılaşıb.

Sind əyalətinin Heydərabad şəhərində başlanan çəyirtkə “işğalı” Pencap da daxil olmaqla bütün bölgədə əkin sahələrinə ziyan vurub. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Türkiyə çəyirtkə “işğalına” qarşı Pakistana dərman səpən “Piper Brave” təyyarəsi göndərib. İran da Pakistana problemə qarşı birgə mübarizə təklif edib. Ötən ay Çin çəyirtkələri məhv etmək üçün Pakistana 100 min ördək vermişdi.

Qeyd edək ki, çəyirtkə “işğalına” qarşı Azərbaycanda da önləyici tədbirlər həyata keçirilir. Dünən yayılan rəsmi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlanılıb. Hazırda İmişli, Saatlı, Sabirabad, Bilsuvar və Salyan rayonlarının ərazilərinin bir hissəsini əhatə edən Küdrü düzü ərazisində tədbirlər həyata keçirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]