Karantin rejimini yenidən sərtləşdirməyə ehtiyac yoxdur

"Karantin rejiminin yenidən sərtləşdirilməsinə ehtiyac yoxdur”.

AKTUAL TV  xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra ikinci dalğanın gələcəyi gözlənilən idi.

“Mövcud statistika qaydaların yenidən sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yenə də vətəndaşlarımız məsuliyyətli olmalı, öz sağlamlığını qorumalıdır”, – TƏBİB sədri bildirib.

R.Bayramlı onu da bildirib ki, önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarımızla bağlı karantin qaydalarının yumşaldılması mümkündür.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]