Parça maskalardan istifadə qaydaları.

“Hər kəs maska taxmalıdır. Artıq ölkədə kifayət qədər maska ehtiyatı var, lakin qıtlıq yaransa belə insanlar ev şəraitində hazırlanmış maskalardan istifadə etməlidir”.

AKTUAL TV   xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı parça maskalardan istifadə qaydalarına dair tələbləri də açıqlayıb:

– Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;

– İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;

– Rahat nəfəs almağa imkan verməlidir;

– Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.

Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik?

– 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı maskadan istifadə edilməlidir;

– Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;

– Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər dinsanalra parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür;

– Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu istirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]