ÜST: Yardımlarına görə Prezident İlham Əliyevə təşəkkür edirik

“Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə həssas ölkələrlə əməkdaşlığı gücləndirəcək”.

AKTUAL TV   xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

H.Harmancı bildirib ki, pandemiya ilə əlaqədar əhalinin sağlamlığını təmin etmək üçün ölkələri əlavə vasitələrlə təmin edəcək: “Biomedikal avadanlıqlara çıxışın təmin edilməsi, davamlı risklərin idarə edilməsi üçün ölkələrə yardım edəcək. Ölkələrin testlərlə təmin edilməsinə də dəstək göstəriləcək”.

ÜST nümayəndəsi Azərbaycanın COVİD-19-la mübarizədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

“Azərbaycan ÜST-lə qarşılıqlı əməkdaşlıq edir. Pandemiya ilə mübarizə üçün Prezident İlham Əliyevə göstərdiyi yardımlara görə təşəkkür edirik”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]