“EuroHome” bazarında yanğın söndürüldü – HADİSƏ YERİNDƏN İLK VİDEO+FOTOLAR – YENİLƏNİB

Bakının Binəqədi rayonunda ümumi sahəsi 22360 kvadratmetr olan “EuroHome” tikinti materialları bazarının 6760 kvadratmetr ərazisi yanıb.

Bu barədə AKTUAL TV-yə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirib.

F.Əsədovun sözlərinə görə, 15060 kvadratmetr ərazi yanğından mühafizə olunub.

Əraziyə FHN-in 32 texnikası, 145 nəfər şəxsi heyət cəlb edilib.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında baş verən yanğın artıq söndürülüb. 

Məlumatı Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. 

Nazir müavini qeyd edib ki, artıq yanğın söndürülüb: “Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın bazarın birinci mərtəbəsinin 3500 kvadratmetr ərazisini əhatə edib”.

FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov da Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğının baş verdiyi əraziyə gəlmişdi.

Yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib. 

Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılmış, mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərmişlər.  

Hadisə ilə bağlı məlumat yayan Fövqəladə Hallar Nazirliyi bildirmişdi ki, qurumun “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, “EvroHome” tikinti materialları bazarında 5 ay bundan əvvəl (2019-cu ilin dekabrın 10-da) də güclü yanğın olmuşdu. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılmışdı və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]