Dənizdən koronavirusa yoluxmaq mümkündürmü? – Professor açıqladı

Yayın gəlməsi həm də dəniz mövsümünün açılışı deməkdir. Bu dövrdə çoxlarını maraqlandıran yeni sual ortaya çıxıb: dənizdə koronavirusa yoluxma mümkündürmü?

AKTUAL TV  xəbər verir ki, Türkiyənin Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər Şöbəsinin professoru Hüsnü Pullukçu bu sualı belə cavablandırıb: “Dənizdən nəyinsə yoluxması çox da mümkün deyil. Dəniz izotonik sudan ibarətdir. Onun tərkibində o qədər çox su molekulları var ki, hər şey o suyun içində dərhal dağılır. İnsan orqanizminə düşən 1-2 virusla infeksiyadan xəstələnmək mümkün deyil. Dənizdən virusa yoluxa biləcəyimizi düşünmürəm”.

Professor bildirib ki, qarşıdakı həftələrdə havanın temperaturu 30 dərəcədən yuxarı qalxacaq: “Bu zaman yoluxma səngiyəcək. Yoluxma sayı azalacaq. Çimərlik və hotellərdə sosial məsafəyə, gigiyenik qaydalara əməl olunsa, böyük problemlər yaşanmayacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]