Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu

Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib.

AKTUAL TV xəbər verir ki, iclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib.

Qərara alınıb ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda veriləcək və yarışın dəqiq tarixləri açıqlanacaq.

Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalları qazandıran yarışlar 2021-ci ildə İngiltərənin Nottingem şəhərində və Bakıda keçiriləcək. Lakin Bakıda keçiriləcək Dünya Kubokunun reytinq xarakteri daşıması müzakirə edilir. Yarış baş tutacağı halda, Bakıda idmançıların göz tibbi təsnifatı keçiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]