Qədr gecəsi ilə bağlı proqram hazırlanıb

Bu il Qədr gecələri may ayının 12-dən 13-nə, 14-dən 15-nə, 16-dən 17-nə keçən gecələrə təsadüf edir. Gecələr gün batanda başlayır və sübh azanına qədər davam edir.

 AKTUAL TV  xəbər verir ki, karantin rejimini nəzərə alaraq, Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram hazırlayıb.

22:30 – Qurani-Kərimin tilavəti (Hacı Ruslan Qasımov)

22:35 – Xütbə (Hacı Şahin Həsənli)

23.30 – Qədr gecəsi duaları (Hacı Şahin Həsənli)

00:00 – Fasilə

01:00 – Cövşən-Kəbir duası (Hacı Ruslan Qasımov)

Qeyd edək ki, 12, 14, 16 may tarixlərində eyni proqramı Hacı Şahin Həsənlinin rəsmi Youtube, Facebook və İnstagram hesablarından izləmək mümkündür.

Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Lakin, bununla belə Qədr gecələrinin əməlləri vacib deyil, bəyəniləndir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]