“20 Yanvar” dairəsində işlər 2 günə yekunlaşacaq” – RƏSMİ AÇIQLAMA

"Yaxın iki gün ərzində 20 Yanvar ərazisində nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq".

AKTUAL TV xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, hazırda “20 Yanvar” dairəsinə düşən və qalxan istiqamətdə Müzəffər Həsənov küçəsində işlər həyata keçirilir:

“Bir müddətdir ki, orda işlərə start verilib. Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar orada işlərini həyata keçirirdilər. Yaxın iki gün ərzində 20 Yanvar ərazisində nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. Artıq həmin ərazidə üfüqi nişanlanma işlərinin bərpası ilə küçə sürücülərin istifadəsinə veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]