Bu yollarda ödəniş məntəqələri qurulur

Bakı-Quba yolunda avtomobillər üçün fərqli ödəniş olacaq

AKTUAL TV “Real TV”yə istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolundan istifadəyə görə ödənişin məbləği ayın sonunadək müəyyənləşə bilər.

Magistralın tikinti yekunlaşan hissələrində hazırda ödəniş məntəqələrinin qurulması ilə bağlı iş gedir. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni avtomobil yolunun Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, artıq ödənişli avtomagistralın Xızının Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik, həmçinin Şabranın Qəndob kəndi və Qusarın Samur qəsəbəsi arasında yerləşən 58 km-lik hissələrində tikinti işləri bitmək üzrədir.

Yolun qalan hissəsində tikinti işlərinin gələn ilin 1-ci yarısında yekunlaşması planlaşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]