Həftə ərzində 400-500 vətəndaş ölkəyə gətiriləcək – Hikmət Hacıyev

Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətləri var. Rusiyada vətəndaşlarımızın olması ilə bağlı qarşılıqlı tədbirlər həyata keçirilir.

AKTUAL TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib:

“Rusiyadakı vətəndaşlarımızın gətirilməsi üçün “Evə gedirəm” portalı yaradılıb. Onların bu portalda qeydiyyatdan keçməsi vacibdir. Həftə ərzində 400-500 vətəndaşımızın ölkəyə gətirilməsi nəzərdə tutulur. Aprelin sonu, mayın əvvəlində 550-yə yaxın vətəndaş quru yolu ilə ölkəyə gətirilib. Eyni zamanda Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi şərait yaradılıb.

Birbaşa sərhədə yaxınlaşaraq problem yaratmaq kimi hallar düzgün hesab edilmir. Biz dövlət başçısı ilə sərhəd məntəqəsində olduq, şəraitlə tanış olduq. Ordakı vətəndaşlarımızın hotellərdə yerləşdirilməsi üçün şərait yaradıldı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]