Hikmət Hacıyev əsirlərin geri qaytarılmasından danışdı

Azərbaycan hər zaman girovların "hamının hamıya" prinsipi əsasında geri qaytarılması prinsipinə sadiqdir, lakin Ermənistan tərəfi həmişə bu məsələdən qaçır.

AKTUAL TV  xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, koronavirus pandemiyası dövründə də beynəlxalq təşkilatlar girovların qarşılıqlı qaytarılmasının vacibliyini vurğulayırlar: “Hesab edirik ki, koronavirus pandemiyası dövründə əsir və girovların dəyişdirilməsi həyata keçirilməldir. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir və bundan boyun qaçırır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]