Nazirlikdən 190 manat alıb, sonradan bunu təkzib edən şəxslə bağlı AÇIQLAMA

Xarici ölkələrdə yaşayan və ölkəmizlə bağlı virtual məkanda qarayaxma, böhtan kampaniyası aparmağı həyat tərzinə çevirmiş bir neçə şəxs bu dəfə də birdəfəlik ödəmə proqramına ləkə yaxmaq üçün öz səhifələrində əsassız status paylaşıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov AKTUAL TV -yə bildirib ki, onlardan biri Mirzəli Xəzər Kamil oğlunun adının birdəfəlik ödəmə alanların siyahısında olmasına baxmayaraq, ona ödəmə təyin olunması barədə sms gəlmədiyini və vəsaiti almadığını aşağı, öz etik səviyyəsinə uyğun tərzdə ifadə edir: “Halbuki yalançı məlumatı paylaşan şəxsin bacısı oğlu dediyi Mirzəli Xəzər Kamil oğlu 13 aprel saat 15.37-də onlayn müraciət edib. Müraciət edərkən anası – Mirzəliyeva Gülnarın adına olan telefon nömrəsini (055 321 41 ..) qeyd etdiyindən birdəfəlik ödəmə təyin olunarkən də həmin nömrəyə bu barədə sms göndərilib. Adıçəkilən şəxs 26 aprel tarixində Göycay Mərkəzi Poçtdan şəxsiyyət vəsiqəsini təqdim edərək vəsaiti götürüb. Ona birdəfəlik ödəmə təyin olunmasından təəccüblənən Emil Amiraslanov adlı birisi isə əslində 2017-ci ilin aprel ayında Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət edərək işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb. Birdəfəlik ödəmə təyin olunarkən isə aprelin 1-dək işsiz kimi qeydiyyata alınmış şəxslərə onlar müraciət etmədən ödəmə təyinatı aparılıb. Elə Elvin Quliyev də “həmkarı” Emil Amiraslanov kimi, ona 190 manat ödəmə yazılmasından yersizcəsinə təəccüblənir, halbuki həmin şəxs də 2015-ci ildə Sumqayt şəhər Məşğulluq Mərkəzinə müraciət edərək işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb. 2016-cı il 1 fevral tarixindən 6 ay müddətinə 460 manat işsizlik müavinəti alıb”.

Nazirlik sözçüsü qeyd edib ki, bu şəxslərin əsassız fikirləri yalan və böhtan üçün bəhanə axtarmaqdan başqa bir şey deyil.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]