XİN: Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur

Azərbaycan vətəndaşlarının xarici səfərləri ilə bağlı hansısa məhdudiyyət mövcud deyil.

AKTUAL TV  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, mayın 31-dək beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb: “Müstəsna hallar olduqda, qarşı tərəf vətəndaşları qəbul etməyə hazırdırsa, səfərlərin təşkil olunması həyata keçirilir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi nəzərə alınaraq, vizaların diplomatik nümayəndəliklər, ASAN xidmət vasitəsilə verilməsi dayandırılıb: “Hazırda Azərbaycanın vizasız gediş-gəlişi olan ölkələr arasında da məhdudiyyətlər qüvvədədir. Vizaların verilməsi prosesi və məhdudlaşma qüvvədə qalmaqda davam edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]