Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?

“Növbəti tədris ilində hansı tədbirlərin görüləcəyi ilə bağlı işçi səviyyəsində ciddi görüşlər keçirilir və müzakirələr aparılır. Bununla bağlı qərar yəqin ki, iyun ayında ictimaiyyətə açıqlanacaq”.

AKTUAL TV xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bu tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq: “Əsas məqsəd şagirdlərin pandemiya dövründə öyrənməli olduqları proqramların məzmununu nə qədər mənimsədiklərini müəyyənləşdirməkdir. Bununla bağlı təkliflərlə çıxış edəcəyik”.

C.Valehov əlavə edib ki, istər orta təhsil, istərsə də ali təhsil müəssisələrində tədris ilinin uzadılması gözlənilmir: “Müzakirələr zamanı qərara gəlinib ki, ola bilsin yay aylarında televiziya vasitəsilə tematik proqramların tədrisi davam etdirilsin”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]