“Azərişıq”ın rəisləri vəzifələrini itirdi

“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.

AKTUAL TV xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ RETSİ-nin rəisi Zülfü Ağayev tutduqları vəzifədən azad ediliblər.

Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə, M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib. 

“Azərişıq”ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı təsdiq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]