Şura “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə təşkil etdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində mayın 13-də "Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə videokonfrans keçirilib.

AKTUAL TV-nin məlumatına görə, Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya, Yunanıstan, Fransa vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar, dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi, həmrəyliyin daha da artırılması ilə bağlı müzakirələr aparılıb, çıxışlar dinlənilib.

Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçirilən beynəlxalq videokonfransın sonunda yerli və xarici QHT-lər birgə bəyanat qəbul ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]