Hakimiyyət uğrunda mübarizəyə bu beyinlə qoşulmaq gülməlidir

“Hazırlıq səviyyəsi aşağı, tolerantlıqdan uzaq, ancaq özlərindən razı bu şəxslərin üzərində sanki Azərbaycanın problemləri və ya məsuliyyəti var. Onlar dünyagörüşü və səviyyədən kənardırlar”.

Bunu AKTUAL TV -yə açıqlamasında Milli Şuranın onlayn konfransını təhlil edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

Partiya sədri bildirib ki, onlayn konfransda səslənən fikirlər onların düşüncəsini və məsələlərə yanaşma tərzini göstərir:

“Müasir standartlarda hakimiyyət uğrunda mübarizəni bu cür səviyyəsiz formada aparmazlar. Ancaq kimisə düşmən çıxarmaq və ifşa etməkdən başqa bir dərdləri yoxdur. Bu da böyük bir acınacaqlı durumdur. Azərbaycan müxalifətinin bir qisminin bu cür acınacaqlı durumda olması elə müxalifətin özünü nüfuzdan salır.

Bu cür xəstə təfəkkürlü şəxslərin müxalifət anlayışı ilə ancaq eyni kateqoriyadan olan şəxsləri qane etmək olar. Bunlara lazımdır ki, kimisə söyəsən, təhqir edəsən, həzz alsınlar. Hakimiyyət uğrunda mübarizəyə bu beyinlə qoşulmaq gülməlidir. Xuliqan, söyüşkən, tərbiyəsiz bir qrup kimi fəaliyyət göstərə bilərlər. Hər cəmiyyətdə belələri var. Amma bu cür adamların müxalifət adı ilə fəaliyyət göstərməsi biabırçılıqdır. İzlədiyim zaman heyrətləndim. Çünki adlarının qarşısında ziyalı kəlməsini özləri üçün işlədirlər. Ancaq ziyalılığa yaraşmayan bir formada müzakirə aparırlar. Bu müzakirələrin də Azərbaycan cəmiyyətinə faydasının olacağını düşünmürəm”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]